Çinə məxsus sərnişin təyyarəsi təcili eniş edib

11:01 - 15 Aprel 2018 - DÜNYA

Çinin “Air China” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çjençjou şəhərində təcili eniş edib. Trend-in məlumatına görə, insident sərnişinlərdən birinin təyyarə bələdçisinə hücum etməsi ilə bağlıdır. Şübhəli şəxs istisna olmaqla bütün digər sərnişinlərin təyyarəni tərk etdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbər xətti