Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub

18:24 - 14 Aprel 2018 - DÜNYA

“ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib”.   APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. “Raketlər seçilmiş hər hədəfi uğurla vurub”, - deyə o, söyləyib.   D. Uayt qeyd edib ki, ABŞ Suriyada münaqişəni qızışdırmaq istəmir, lakin Vaşinqton beynəlxalq normaların pozulması ilə barışmayacaq: “Biz münaqişə axtarmırıq, lakin beynəlxalq qanunların bu cür dəhşətli şəkildə pozulmasına yol verə bilmərik. Bizim Suriyada məqsədimiz əvvəlki kimidir: İŞİD-i məğlub etmək”.

Xəbər xətti