Bitkoin bahalaşır

13:39 - 13 Aprel 2018 - İQTİSADİYYAT

Kriptovalyuta bazarında virtual pulların qiymətlərində ardıcıl artım qeydə alınmağa başlayıb. Bitkoinin qiyməti yenidən 7 min dollar həddini keçib.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 12,39% bahalaşaraq 7,785 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində artım davam edir. Belə ki, "Ethereum" 13% və ya 485,33 dollaradək, "Ripple" 16,77% (0,61 dollara qədər), "Bitcoin Cash" isə 8,53% (731,6 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,2 milyard dollar təşkil edir. Bu göstəricinin 44%-ə yaxını bitkoinin payına düşür.

Xəbər xətti