Ana səhifə
17 Noyabr 2018

Messi "Roma"nın türk futbolçusu ilə görüşmədi

İtaliyanın "Roma" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib.  "Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, "Barselona"nın hücumçusu Lionel Messi "Roma"nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib.  Messi Cengizlə miks-zonada üz-üzə gəlib. Ünder salamlaşmaq üçün bir müddət argentinalı forvardın üzünə baxsa da, məşhur futbolçu özünü görməzliyə vuraraq, başını aşağı salıb və stadionu tərk edib.  Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. 
Tarix
11 Aprel 2018 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin