Ərdoğanla Putin arasında telefon danışığı olub

15:59 - 9 Aprel 2018 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, liderlər ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son vəziyyəti müzakirə edib.

Türkiyə prezidenti Duma və Şərqi Qutada baş verənlərdən narahatlığını ifadə edib. Telefon söhbətində dinc sakinlərin öldürülməsinin qarşısının alınması və humanitar yardımların çatdırılması sahəsində birgə əməkdaşlığın vacibliyi də vurğulanıb. 

Xəbər xətti