Bitkoin bahalaşıb

Kriptovalyuta bazarında aparılan korreksiya çərçivəsində bitkoin bahalaşaraq 7 min dollar psixoloji həddini keçib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bitkoinin qiyməti 7,6 min dollaradək artmaqda davam edəcək.

"CoinMarketCap" portalınını məlumatlarına əsasən, bitkoinin qiyməti 2,36% bahalaşaraq 7,13 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım davam edir. Belə ki, "Ethereum" 5,96% və ya 412,5 dollaradək, "Ripple" 3,06% (0,5 dollara qədər), "Bitcoin Cash" isə 3,43% (670,72 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,1 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Tarix
9 Aprel 2018 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin