Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

23:26 - 7 Aprel 2018 - İDMAN

"Vacib 3 xal qazandıq. Dördüncü dövrəyə qələbə ilə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram". Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə “Səbail”i məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin komandanın oyun tempinin aşağı olması ilə bağlı fikirlərinə aydınlıq gətirib: "Əlbəttə, avrokuboklarda sürət daha çoxdur, temp daha artıqdır. Həmçinin, daha sərt mübarizə gedir. Bu gün ilk hissədə oyunun tempi yüksək idi. İkinci hissədə temp bir qədər aşağı düşdü. Lakin dediyim kimi, ilk hissədəki tempdən, sürətdən razı qaldım. Ancaq bu fikirlə razıyam ki, avrokuboklar üçün temp daha artıq olmalıdı.

Xəbər xətti