Ana səhifə
13 Noyabr 2018

Metroda cibgirlikdə məşğul olan şəxs saxlanılıb

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan, vətəndaşların pulunu, mobil telefonunu, onlara məxsus əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobuslarında ayrı-ayrı vaxtlarda Baki şəhər sakini olan 4 nəfərin ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nadir Mirzəyev saxlanılıb. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə metronun “Nizami” stansiyasının platformasında Şəmkir rayon sakini T.Hüseynovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Tarix
7 Aprel 2018 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin