Ana səhifə
22 İyul 2018

Prezident və xanımı sərgidə- Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Qeyd olundu ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bilirlər. Budəfəki sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada bir neçə milli qurum da təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edirlər. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları və məkanları, paytaxtla yanaşı, bölgələrin mövcud turizm potensialı və infrastrukturu barədə məlumat verilir. 2017-2018-ci illər qış mövsümündə təkcə Şahdağ Turizm Mərkəzini 140 mindən çox turist ziyarət edib. Turistlərin 50 faizə yaxını xarici vətəndaşlar olub. Burada ziyarətçilərə Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar da verilir.

Tarix
6 Aprel 2018 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin