Məşhur aktyorun oğlu narkotik üstündə tutuldu

21:44 - 6 Aprel 2018 - DÜNYA

Məşhur Hollivud aktyoru Şon Penin 24 yaşlı oğlu Hopper Pen narkotik vasitələrin saxlanılması maddəsi ilə həbs olunub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, aktyorun oğlu Nebraska ştatında tutulub. Məlumatda qeyd edilir ki, o, rəfiqəsi ilə birlikdə yol gedərkən saxlanılıb və onun avtomobilinə baxış keçirilib. Bu zaman avtomobildə 14 qram marixuana, 4 həb amfetamin və 3 qram digər narkotik vasitə aşkarlanıb.

Qeyd edək ki, amfetaminin saxlanılması və yayılması ABŞ-da cinayət məsuliyyəti hesab olunur.

Xəbər xətti