Ana səhifə
20 Sentyabr 2018

Kemerovo vilayətinin qubernatoru istefa verib

Aman Tuleyev istefa haqqında ərizə ilə Vladimir Putinə müraciət edib Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir. "Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib. "Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.
Tarix
1 Aprel 2018 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin