Kabildə güclü patlayış: 26 ölü, 18 yaralı

13:06 - 21 Mart 2018 - DÜNYA

Əfqanıstanın paytaxtı Kabildə güclü patlayış baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Qeyd edilir ki, partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib. İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib.

Xəbər xətti