Miqrasiya Məcəlləsi miqrasiya sahəsində münasibətləri tənzimləyir

18:39 - 19 Mart 2018 - KİVDF

Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsini müəyyənləşdirən vahid normativ-hüquqi sənəddir

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi kimi müəyyən edilib., Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb və dövlət başçısının 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. Vurğulanıb ki, dünyada dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə, Azərbaycandakı multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir. Bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib: “Tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əhəmiyyətli amil kimi qeyd edilməlidir. O da xüsusi vurğulanmalıdır ki, bu günədək miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntuları qeydə alınmamışdır. Bu gün ölkəmiz mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkan kimi tanınır, dünyada layiqli və etibarlı bir tərəfdaş kimi qəbul olunur. Bütün bunlarsa Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir”.  Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir. Digər tərəfdən qanunun aliliyi, ədalətli sosial-iqtisadi islahatlar, söz azadlığı, fikir plüralizmi, beynəlxalq aləmdə nüfuzu, xarici investsiyanın cəlbi baxımından geniş fürsətlər, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihənin gerçəkləşdirilməməsi əcnəbilərdə Respublikamıza marağı xüsusilə artırır. Bütün bunlarsa, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayını artırır. Dövlət Miqrasiya Xitmətinin rəyisi bildirib ki, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlı- ğı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, «ASAN VİZA» sisteminin tətbiqinə başlanılması ölkəmizə turist axınını daha da sürətləndirib. “Nəticədə xarici ölkə vətəndaşlarının sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Bu isə miqrasiya proseslərinin intensivləşməsi fonunda proseslərin idarə edilməsi üçün təsirli tədbirlər görülməsinitələb edir. 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin(DMX) yaranmasının da əsas məqsədi bu idi”

Bu mühüm dövlət qurumu ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılmasını həyata keçirir, müvafiq dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərini əlaqələndirir.

Onun fəaliyyətinin əsas istiqamətlərindən biri qanunsuz miqrasiyanın qarşısının alınmasıdır. Dövlətimizin başçısının 2009-cu il apredin 8-də imzaladığı fərmanla DMX-yə hüquq-mühafizə orqanı statusunun verilməsi də bu məqsədə xidmət edir və ölkədə qanunsuz miqrantların sayını minimuma endirməyə imkan verir. Eyni zamanda, ölkəmizdəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması məqsədilə 2009-cu ildə yaradılmış DMX-nin Vahid miqrasiya məlumat sistemi vasitəsilə işlərə tam nəzarət edilir: hər bir əcnəbi ölkəyə nə vaxt daxil olub, harada yaşayıb və işləyib, nə vaxt ölkəni tərk edib. Çünki Prezident İlham Əliyevin Xidmətin qarşısında qoyduğu vəzifələrdən biri budur: «Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə hardadır və nə ilə, nə işlə məşğuldur».

Firudin Nəbiyev qeyd edib ki, Dövlət Miqrasiya Xidməti yaranmamışdan əvvəl də bu sahədə bir sıra addımıar atılıb. Hələ 2004-cü ildə miqrasiya proseslərinin idarə olunması üzrə dövlət siyasətinin müəyyənləşdirilməsinin zəruriliyi nəzərə alınaraq, hökumət qurumları qarşısında məqsədləri müəyyən edən «Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası» qəbul edilib. Konsepsiyanın gerçəkləşdirilməsi üçün isə 2006-cı ildə «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı(2006-2008-ci illər)» təsdiq edilib. Elə bu proqram əsasında miqrasiya sahəsindəvahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması obyektiv zərurət kimi meydana çıxıb. “ Dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə miqrasiya axınlarını nəzarətdə saxlamaq, ölkə daxilində miqrasiya proseslərinə təsir etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. İndiyədək miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə zəruri normativ-hüquqi aktlar qəbul edilib, bir sıra təşkilati tədbirlər həyata keçirilib. 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi vahid və çevik prosedur əsasında tənzimlənməyə, sənədlərin sadələşməsinə xidmət edir”,- o deyib.

Bundan başqa, mükəmməl qanunvericilik bazasının formalaşması məqsədilə 2013-cü ildə də miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əsaslı işlər görülüb, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən lazımi tədbirlər həyata keçirilib. Təkcə onu qeyd etmək kifayətdir ki,  Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı gündən miqrasiya sahəsindəki 100-ə qədər qanunvericilik aktına  dəyişikliklərin edilməsi ölkə rəhbərliyi tərəfindən miqrasiya proseslərinin daim diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir. Ümumiyyətlə məqsədlərindən biri həmin hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə müvafiq prosedurların sadələşdirilməsi olan qanunvericiliyin təkmilləşdirilməsi işləri bu gün də müvəffəqiyyətlə davam etdirilir. Amma qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən ən mühümü Miqrasiya Məcəlləsinin qəbul edilməsi olub. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"na əsasən hazırlanan Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununa əsasən 2013-cü il avqustun 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsi bu sahəni tənzimləyən qanunvericilikdə mövcud olmuş boşluqların aradan qaldırılmasına ciddi bir əsasdır.  “Məlum olduğu kimi, Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsini, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən vahid normativ-hüquqi sənəddir.  Məcəllədə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanmışdır. Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının - həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilmələri, eləcə də məsuliyyət yaradan hallar və miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmələri işini daha da asanlaşdırıb”,-bunu isə DMX-nin əməkdaşı Siyasət Aliyev deyib.

Bu bir həqiqətdir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi və qabaqcıl dünya təcrübəsindən istifadə edir. Amma iftixar hissi ilə vurğulanmalıdır ki, ilk dəfə olaraq Respublikamızda qəbul edilmiş Miqrasiya Məcəlləsinin digər ölkələr tərəfindən öyrənilməsinə maraq olduqca böyükdür.

(ardı var)

Xəbər xətti