Sumqayıtda zəcirvari qəza: 3 avtomobil toqquşub

17:59 - 17 Mart 2018 - HADİSƏ

Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisindəki Saray körpüsü adlanan yerdə qeydə alınıb. Belə ki, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ağır yaralanıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hər 3 avtomobil isə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti