Əli Həsənov: "Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var" - Video

17:06 - 16 Mart 2018 - Xəbər

“Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”​

Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib. Rəqib dövlətlər anti Azərbaycan qüvvələrə dəstək olurlar.

Bu sözləri  Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər.

 

Xəbər xətti