Ana səhifə
22 Aprel 2018

Beynəlxalq Bank Rusiya və Gürcüstan bazarını tərk edir

Azərbaycan Beynəlxalq Bankı bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, ABB-dən "APA-Economics"ə verilən məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb: "Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.

Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, “Aqrarkredit”  QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.

Xatırladaq ki, martın 14-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunub.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

Tarix
15 Mart 2018 [17:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ