Ana səhifə
14 Noyabr 2018

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

Şimali  Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir.

"Ucnoqta.az"-ın  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib. 
 
Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In  Cənubi Koreyanın  nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb. 
 
"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib. 
 
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq. 

Tarix
12 Mart 2018 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin