Gömrükdə narkotik vasitə ilə yaxalandı

11:06 - 1 Mart 2018 - HADİSƏ

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.

"Ucnoqta.az" Dövlət Gömrük Komitəsindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki,yoxlama zamanı, avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti