Sobçak debat zamanı Jirinovskiyə su atıb - Video

20:40 - 1 Mart 2018 - DÜNYA

Rusiyada prezidentliyə namizədlərin “Rossiya 1” telekanalında debatında qalmaqal baş verib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezidentliyə digər namizəd Sergey Baburin çıxış edən zaman yüksək tonla onu yalan danışmaqda ittiham edib.
 
Prezidentliyə namizədlərdən jurnalist Kseniya Sobçak V. Jirinovskini sakit olmağa çağırıb. V. Jirinovski isə K. Sobçakı təhqir edib, onu “axmaq”, “kirli iyrənc qadın” adlandırıb.
 
K. Sobçak buna cavab olaraq stəkandakı suyu V. Jirinovskinin üstünə atıb. Ancaq V. Jirinovski yenə də təhqirlərini dayandırmayıb. K. Sobçak isə V. Jirinovskiyə onun metodu ilə cavab verdiyini bildirib.
 
Prezidentliyə namizədlər arasında bu qalmaqal Uzaq Şərqdə “Rossiya 1” telekanalının efirində nümayiş etdirilib. Ancaq debat digər regionlarda nümayiş etdirilərkən qalmaqal hissəsi çıxarılıb.

Xəbər xətti