Ana səhifə
21 Noyabr 2018

Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi yekunlaşıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Qədim Babayevin icraatında olan prosesdə elan edilən qərara əsasən, V.Ələkbərovun cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib.
 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. 
 

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Tarix
28 Fevral 2018 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin