Deputatlarımız Rusiyaya gedir

16:35 - 28 Fevral 2018 - SİYASƏT

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiyaya səfərə gedəcəklər.
 

"Ucnoqta.az" Milli Məclisdən Trend-ə verilən məlumata istinadən bildirir ki, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar.
 

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər. Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

Xəbər xətti