“Air France” beynəlxalq uçuşların yarısını ləğv edib - İşçilər tətildə

15:05 - 22 Fevral 2018 - DÜNYA

Fransanın “Aid France” aviaşirkəti işçilərin başlatdıqları tətil səbəbindən beynəlxalq uzun məsafəli uçuşların yarısını, ölkədaxili uçuşların isə bir qismini ləğv edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, işçilər çalışma şərtləri və şirkətin maaş siyasətinə etiraz edirlər. 
 

"Air France” işçilərinin təmsil edildiyi 10 ayrı həmkarlar ittifaqının yaydığı açıqlamada bildirilir ki, son 8 ildə 15 min insan işdən çıxarılıb və bu, dözülməz hal alıb. 
 

France İnfo televiziyasında çıxış edən "Air France”ın baş direktoru Franck Terner bildirib ki, işçilərin maaşlarına 6 faizlik artımla bağlı tələbləri mümkünsüzdür. Belə ki, şirkətin bunu qarşılaya biləcək imkanı yoxdur. 

Xəbər xətti