Qırmızı xalçada zorakılığa belə etiraz etdilər - Fotolar

14:49 - 22 Fevral 2018 - DÜNYA

Ötən gecə Böyük Britaniyanın paytaxtı Londonda “BRİT” mükafatlandırma mərasimi baş tutub. “O2” arenasında baş tutan gecədə dünya şou-biznesinin tanınmış simaları iştirak edib. 
 

Ed Sheeran, Justin Timberlake, Kylie Minogue, Hailey Baldwin, Rita Ora, Calvin Harris, Camilla Cabello kimi bir çox məşhurlar qırmızı xalça üzərinə çıxaraq kameralara poza veriblər. 
 

Onların əllərindəki ağ qızılgül isə diqqətdən yayınmayıb.  Ulduzlar cinsi zorakılıq və qadın-kişi ayrı-seçkiliyinə etiraz üçün belə addım atdıqlarını bildiriblər. 
 

5 nominasiya üzrə yarışan Dua Liba “Ən yaxşı ingilis xanım sənətçi” və “Ən yaxşı albom çıxaran ifaçı” mükafatlarını qazanıb. 
 

24 yaşlı repçi Stormzy “Ən yaxşı ingilis kişi sənətçisi” adına,  amerikalı ifaçı Kendrick Lamar isə “beynəlxalq kişi sənətçi” mükafatına sahib olub. 

//Qafqazinfo//


Xəbər xətti