Ana səhifə
26 Sentyabr 2018

Nazir polis rəisini işdən azad etdi

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb. Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub. Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Tarix
22 Fevral 2018 [13:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin