ATƏT DTİHB Azərbaycandakı seçkilərə maraq göstərir

11:49 - 22 Fevral 2018 - SİYASƏT

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov fevralın 22-də partiyanın mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti ilə görüşüb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, görüşdə Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.
 

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-nin seçki departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.
 

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Xəbər xətti