Nazir təməlqoyma mərasimində iştirak edəcək

17:50 - 22 Fevral 2018 - SİYASƏT

Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Energetika Nazirliyinə istinadən xəbər verir ki, həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.
 

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1 814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinə qədər uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1 600 kilometr olacaq.

Xəbər xətti