Ana səhifə
19 İyun 2018

İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var: Rusiyalı senator

İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:

"Hazırkı vəziyyətdə söhbət yalnız ən böyüyünün 7-8 yaşı olan uşaqlardan gedir. Biz bu ölkələrə necəsə köməklik göstərmək istəyirik. Əvvəllər biz MDB vətəndaşlarını da gətirirdik, lakin bunu bizə qadağan etdilər, çünki Rusiya qanunlarına görə, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik. Uşağın valideynlərindən birinin Rusiya vətəndaşı olduğunu təsdiq edən sənəd olmadıqda, biz heç nə edə bilmirik". 

Tarix
22 Fevral 2018 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin