Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

09:33 - 22 Fevral 2018 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
 

"Ucnoqta.az" Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata istinadən bildirir ki, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.
 

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Xəbər xətti