Ana səhifə
17 Noyabr 2018

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər

“Şəxsi nümayəndənin qrupunun genişləndirilməsi ön cəbhədə gərginliyin azaldılmasına və sabitliyin möhkəmlənməsinə təsiri ola biləcək etimadın gücləndirilməsi addımı kimi nəzərdən keçirilə bilər. Ön cəbhədə gərginliyi və ölüm hallarının sayını azaldan istənilən addımları dəstəkləyirəm”.
 
"Ucnoqta.az2-ın APA-ya istinadən məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın “news.am” saytına müsahibəsində deyib. 
 
O bildirib ki, genişləndirilmiş qrupa beynəlxalq əməkdaşlar daxil olacaq, onlar şəxsi nümayəndənin hazırkı səhra köməkçilərinin gördüyü işi görəcəklər.
 
Bunun qoşunların cəbhə xəttində keçirilən monitorinqlərin sayının artırılmasına təsir edib-etməyəcəyinə gəldikdə, A. Kaspşik qeyd edib ki, əlavə personalın mövcudluğu monitorinqlərin daha tez-tez keçirilməsi üçün potensial yaradacaq.
 
A. Kaspşik xatırladıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipi 2016-cı ildə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərində qəbul olunub: “Mən prezidentlərin qərarını dəstəkləyirəm və bu təşəbbüsün konstruktiv məcrada irəliləməsi üçün ATƏT sədrliyi, həmsədrlər və tərəflərlə daim təmaslar saxlayıram”. 

Tarix
21 Fevral 2018 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin