Bu şəxs 11 apreldə MDB müşahidə missiyasına rəhbərlik edə bilər

15:11 - 20 Fevral 2018 - SİYASƏT

Sergey Lebedev Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkilərində MDB müşahidə missiyasına rəhbərlik edə bilər.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, MDB icraiyyə komitəsinin sədri Sergey Lebedevin bu posta namizədliyi irəli sürülüb.

Lebedev bu məlumatı MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının iclasından öncə verdiyi açıqlamada deyib.

"Damimi nümayəndələrin iclasında mənim bu seçkilərdə MDB müşahidə missiyasına rəhbərliyim məsələsi müzakirə ediləcək. Mənim namizədliyimi irəli sürməyim təklif edilir. Əgər bu baş versə, məmnuniyyətlə bu təklifi qəbul edəcəm",-deyə Lebedev jurnalistlərə bildirib.

Xəbər xətti