Milli Məclis martda üç iclas keçirəcək

14:40 - 20 Fevral 2018 - SİYASƏT

Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı  müəyyənləşib.

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, gələn ay parlamentin 3 iclası keçiriləcək. 

İclaslar martın 6, 16 və 30-da olacaq.

Martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.
 

Xəbər xətti