Ana səhifə
19 İyun 2018

Nazir Böyük Britaniyaya səfər edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri Universitetində və universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə bu ölkəyə səfər edib. 
 
"Ucnoqta.az" Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata istinadən bildirir ki, səfər çərçivəsində nazir Koventri Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirib. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulanıb. Ə. Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edilməsi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verib.
 
Daha sonra Azərbaycan prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd edib. Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, şəhərin böyük miqrasiya axınına məruz qalmış şəhər olduğunu, buna görə də universitet ilə miqrantların inteqrasiyası, anlaşma və dialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirib. 

Tarix
20 Fevral 2018 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin