Nazir müavinindən prezidentin təşəbbüsü ilə bağlı açıqlama

12:58 - 20 Fevral 2018 - SİYASƏT

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
 

Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir: "2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb".
 

İ.İsayev qeyd edib ki, məcburi ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyon manatdan çoxdur. Bunun da 282.6 milyonu əsas məbləği təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiya və cərimələrdir.
 

Nazir müavini vurğulayıb ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.

Xəbər xətti