Ana səhifə
19 İyun 2018

Bakıda keçmiş məhkumdan avtomat götürülüb - FOTO

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
 
"Ucnoqta.az" DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb.
 
Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən AKM markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
 
Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir neçə ay əvvəl Balaxanı qəsəbəsində tapdığını, həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Tarix
20 Fevral 2018 [11:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin