Ana səhifə
20 Noyabr 2018

Seçki günü dairə məntəqələr fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq - "Azərişıq”

Mərkəzi Seçki Komissiyasının qərarı ilə 2018-ci il aprel ayının 11-i növbədənkənar prezident seçkiləri günü təyin edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-də toplantı keçirilib.
 
 
 
"Ucnoqta.az" “Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata istinadən bildirir ki, iclası giriş sözü ilə açan  ASC sədri Baba Rzayev bildirib ki, seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalanıb.
 
 
 
B.Rzayev aprelin 11-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.
 
 
 
İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi  təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.

Tarix
20 Fevral 2018 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin