Ana səhifə
23 İyun 2018

İlham Əliyevin təklifi 155 milyon borca şamil olunacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.
 

"Ucnoqta.az" xəbər verir ki, qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunananlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır: “Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq  müxtəlif  təşkilatların, müəssisələrin Dövlət  Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə  cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc  yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.

Tarix
20 Fevral 2018 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin