Ana səhifə
18 İyun 2018

"...heç kim bizi dayandıra bilməz" Çavuşoğlu

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.
 
Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: “Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, heç kim bizi dayandıra bilməz”.
 
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.

Tarix
19 Fevral 2018 [15:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin