Ana səhifə
25 Sentyabr 2018

Deputatların, Ombudsmanın və MSK üzvlərinin pensiya təminatında dəyişiklik edilir

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik ediləcək.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsi ilə Hüquq komitəsinin fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 
Dəyişiklik təklifinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

Tarix
19 Fevral 2018 [14:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin