Milli Məclis dünya ölkələrinin parlamentlərinə müraciət edəcək

12:28 - 19 Fevral 2018 - SİYASƏT

Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq. 
 
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclas keçirəcək.
 
Xüsusi iclasın yekununda Azərbaycan Respublikasının Milli Məclisi adından dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlanacaq.
 
Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Xəbər xətti