Daha bir partiya sədri prezidentliyə namizədliyini irəli sürüb

11:18 - 19 Fevral 2018 - SİYASƏT

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bu barədə qərar partiya məclisinin iclasında qəbul edilib.

Ə.Əliyev namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək.
Xatırladaq ki, MSK indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.

Xəbər xətti