Meksikada fövqəladə vəziyyət elan olunub

10:58 - 19 Fevral 2018 - DÜNYA

Meksika Mülki Müdafiə Xidməti ötən gün güclü zəlzələdən zərər çəkən Oaxaka ştatında fövqəladə vəziyyət rejimi elan edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu yolla təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün həmin bölgə xüsusi fondun vəsaitlərindən faydalana biləcək.  
 

Xatırladaq ki, 7,2 bal gücündə zəlzələ ötən cümə günü Oaxaka ştatında qeydə alınıb. Ölən olmasa da, yüzlərlə tikiliyə zərər dəyib, bir milyondan çox ev və ticarət mərkəzi işıqsız qalıb.

Xəbər xətti