Ana səhifə
14 Noyabr 2018

Milli Məclis Seçki Məcəlləsinə daha bir dəyişiklik edəcək

Azərbaycan Milli Məclisi Seçki Məcəlləsinə dəyişiklik edəcək. "Ucnoqta.az" Modern.az-a istinadla bildirir ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən Seçki Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq. Dəyişikliyə görə, Məcəllənin 27.1-ci maddəsinin (Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları) ikinci cümləsi aşağıdakı redaksiyada veriləcək: 27.1. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Hazırda isə 27.1-ci maddəsi belədir: Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası sədri, sədrinin müavini, katibi və üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.
Tarix
17 Fevral 2018 [22:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin