Azərbaycanlı deputatlar Rusiyadakı seçkiqabağı vəziyyəti izləyəcəklər

21:20 - 17 Fevral 2018 - SİYASƏT

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər. "Ucnoqta.az" Milli Məclisdən Modern.az-a verilən məlumata istinadən bildirir ki, deputatlar Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər. Səfər fevralın 23-də başa çatacaq

Xəbər xətti