Ana səhifə
18 Noyabr 2018

Azərbaycan kuboku: Final nə vaxt keçiriləcək?

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib. "Ucnoqta.az" Apasport.az-a istinadən xəbər verir ki, işgüzar görüş zamanı millinin qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Yığmamızın mayın 29-da Qırğızıstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, ölkə kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 may Respublika günündə baş tutacaq. Millinin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə açıqlanacaq.
Tarix
17 Fevral 2018 [18:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin