Türkiyədə bir il həbs yatan jurnalist azadlığa buraxıldı

15:30 - 16 Fevral 2018 - SİYASƏT

Türkiyədə həbs olunan Almaniyanın “Welt” qəzetinin jurnalisti Dəniz Yücel azadlığa buraxılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Almaniya XİN-i də məlumatı təsdiqləyib. Bir ildir ki, həbsdə olan Dəniz Yücelin azadlığa çıxması ilə bağlı qərar Türkiyə baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkelin Berlindəki görüşündən sonra açıqlanıb.  
 

Qeyd edək ki, jurnalist terror təbliğatı aparmaqda ittiham olunaraq həbs olunmuşdu. 

Xəbər xətti