Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək

12:38 - 16 Fevral 2018 - SİYASƏT

"Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var".
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
 
Səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.
 
Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək.
 
Qeyd edək ki, İtaliya hazırda ATƏT-ə sədrlik edir.

Xəbər xətti