Axtarışda olan 26 nəfər saxlanılıb

10:06 - 16 Fevral 2018 - HADİSƏ

Daxili İşlər Nazirliyi fevralın 15-dən 16-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

"Ucnoqta.az" Nazirlikdən Modern.az-a verilən məlumata istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

         
Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.  
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbər xətti