Ana səhifə
22 May 2018

“Ölənədək onun yanındayıq”

Bu gün UEFA Çempionlar Liqasında “Real” – PSJ matçı baş tutacaq.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşmadan öncə madridlilərin müdafiəçisi Marselo açıqlama verib. 
 

Braziliyalı futbolçu matçın onlara əlavə motivasiya verdiyini bildirib: “Oyuna normal qaydada köklənmişik. PSJ ilə oyun bizə əlavə motivasiya verir. Hər kəs “Real”ın gücünü bilir. Hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir. Lakin “Real” və PSJ təkcə onlardan ibarət deyil. PSJ-də 3 möhtəşəm hücumçu var. Bir sözlə maraqlı qarşılaşma olacaq. Azarkeşləri “Santyaqo Bernabeu”da fantastik gecə gözləyir”.
 

“Sambaçı” Zinnədin Zidanın “Real”dakı durumundan da danışıb: “Zidan böyük məşqçidir. Ölənədək onun yanında olacağıq. Bizi matçlara əla hazırlayır. Bu oyuna da yaxşı kökləyib. Zidanla komandamız çox uğurlar əldə edib”.

Tarix
14 Fevral 2018 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin