Sabaha olan Hava Proqnozu

Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata istinadən bildirir ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 14-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 14-də Abşeron yarımadasında yağışlı və arabir güclənən küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, fevralın 15-16-da meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir. 

Tarix
13 Fevral 2018 [12:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-02-13 12:28:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin