Xaləddin İsgəndərov milyonluq villasını satışa çıxartdı - FOTO

19:46 - 9 Fevral 2018 - ÖLKƏ İÇİ

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov paytaxtın 9-cu mikrorayon ərazisində yerləşən dəbdəbəli villasını satışa çıxarıb. 

 

 

Ucnoqta.az” Sfera.az-a istinadən xəbər verir ki, artıq həmin villanın darvazasının üzərində "satılır" lövhəsi vurulub. 

 

 

İcra başçısının villasının qonşuluğunda keçmiş vergilər naziri Fazil Məmmədovun da dəbdəbəli evi yerləşir. 

 

Xaləddin İsgəndərovun villasının 2 milyon manata əmlak agentinliyinin vasitəçiliyi ilə satışa çıxarıldığı deyilir. 

 

Villanın fotosunu təqdim edirik:

 

Xəbər xətti